İsraildə Azərbaycana dəstək yürüşü keçiriləcəkbackend

Bu gün “Azİz” – İsrail, Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə İsrailin 4 böyük şəhərinin kəsişdiyi ərazidə Azərbaycana dəstək yürüşünün keçirilməsi nəzərdə tutulub.

Bunu açıqlamasında assosiasiyanın içraçı direktoru Lev Spivak bildirib:

“Ümid edirik, çox adam toplaşacaq. Lakin bildiyiniz kimi İsraildə koronavirusun ikinci dalğası yayılır. Ola bilsin ki, yenidən ev həbsinə məhkum edilək. Həmçinin ölkədə bir sıra digər siyasi problemlər də mövcuddur. Lakin ümid edirik ki, bu yürüşü keçirdə biləcəyik. Çünki yəhudi xalqı azərbaycanlı qardaşlarımız üçün çox narahatdır. Ermənilərin Azərbaycana yönəltdiyi aqresiyyanın korona virus və digər problemlərin kölgəsində qalması yolverilməzdir. Baş verənlərə adi vətəndaşların, mətbuat və siyasətçilərin diqqətinə çatdırmaq üçün bütün gücümüzü səfərbər etməliyik. Bir çoxları BMT-nin həll tapmadığı, illər boyu uzanan Dağlıq Qarabağ münaqişəsinə kobud səslənsə də, alışıblar. Dünya insanı son hadisə haqda məlumatsızdır. Çoxu bilmir ki, hazırkı atışma tamam başqa ərazidə, münaqişə mərkəzində deyil, Azərbaycana məxsus torpaqlarda baş verir. Hətta beynəlxalq təşkilatlar da aqressor Ermənistanı bu addımına görə qınayır. Mitinq üçün şəhərimizin ən məşhur körpülərindən birini seçmişik. Həmçinin insanların daha çox hərəkət etdiyi zaman kəsiyində baş tutacaq. Məqsədimiz odur ki, yoldan keçənlər plakatları oxusun, şüarlarımızı eşitsin. Evə gedib, ən azı internetdı araşdırma etsinlər, və Azərbaycanın yanında olsunlar”.

Qeyd edək ki, İsrail höküməti artıq yürüşün keçirilməsinə icazə verib. Yürüşdə İsrailin dövlət rəsmilərinin də iştirakı gözlənilir.