İsraildə DƏHŞƏTLİ FƏLAKƏT baş verdi: 44 ölü,100 yaralı – VİDEObackend

İsraildəki Moren dağında keçirilən Laq BaOmer dini bayramı zamanı yaşanan izdiham nəticəsində 44 nəfər həyatını itirib. Bəzi mənbələr ölənlərin sayının 60-dan çox olduğunu yazır. 103 yaralı var. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

“Yeni Gündəm” Anadolu agentliyinə istinadən xəbər verir ki, yaralıların xəstəxanalara çatdırılması üçün helikopterlər və ambulanslar cəlb edilib. Ərazidə səhra xəstəxanası qurulub. Baş nazir Binyamin Netanyahu hadisənin “ağır fəlakət” olduğunu bildirilib və yaralılar üçün etdiklərini açıqlayıb.

İzdihamın hansı səbəbdən yaşandığı məlum deyil. Polis hadisə barədə araşdırma aparır.