İsrailin Azərbaycandakı səfirliyinə iranəsilli silahlı şəxsin hücumunun qarşısı alınıb.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları hücumun qarşısını vaxtında almağı bacarıb:
“Azərbaycan DTX səfirliyə soxulmağa cəhd edən şəxsi tərksilah edib”.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsi İsrail səfirliyinə hücumda təqsirləndirilən M.H.Hüseyinzadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib./Report