İsrailin Xan Yunisdəki evləri bombalandı – 15 fələstinli həlak oldubackend

İsrailin blokada altındakı Qəzza zolağının cənubunda yerləşən Xan Yunus şəhərində mülki evlərə hücumu edildi.

“Yeni Gundem” xəbər verir ki, nəticədə ən azı 15 fələstinli ölüb, çoxlu sayda fələstinli yaralanıb. Qəzzada Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun Qəzza zolağına intensiv hücumları gecə boyu davam edib.

Xəbərdə İsrail hərbi gəmiləri və döyüş təyyarələrinin Qəzza zolağının müxtəlif bölgələrinə hücumlarını davam etdirdiyi bildirilib.

Daha bir jurnalist öldürülüb

Yerli mənbələrdən alınan məlumata görə, İsrail döyüş təyyarələri fələstinli jurnalist Yasir Əbu Namus ailəsinin Xan Yunus şəhərindəki evini də hədəfə alıb.

Jurnalist Əbu Namus və anası hücumda həyatını itirib.

İsrailin Qəzzaya hücumları ilə bağlı son vəziyyət

Xatırladaq ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib.

İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücuma başlayıb.

Qəzzadan həyata keçirilən hücumlarda 309-u əsgər olmaqla 1400 israillinin öldüyü, 5132 israillinin yaralandığı bildirilib.

Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 2913-ü uşaq, 1709-u qadın və 397-si qoca olmaqla 7028 nəfərin öldüyünü, 18484 nəfərin isə yaralandığını açıqlayıb.

İşğal altındakı İordan çayının qərb sahilində də İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 106 fələstinlinin öldüyü bildirilib.

Əksəriyyəti İsrailin bombardmanları nəticəsində münaqişə bölgələrində 25 jurnalist həyatını itirib.

Oktyabrın 8-dən İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 46 Hizbullah, 6 İslami Cihad Hərəkatı, 3 Həmas, 2 jurnalist və 4 mülki şəxs həyatını itirib. Hizbullahın dəstəklədiyi Sünni Müqavimət Briqadası üzvü həlak olub.

İsrailin hücumları səbəbindən Qəzza zolağında qida və içməli suda ciddi böhran yaşansa da, insanlar natəmiz su istehlak etmək məcburiyyətindədirlər.

Xəstəxanaların əhəmiyyətli bir hissəsi İsrailin xəstəxanaları hədəf alması və məhdudiyyətləri səbəbindən xidmətdən çıxsa da, qalan xəstəxanalar xəstələrə və yaralılara sağlamlıq xidməti göstərmək üçün lazım olan dərman və tibbi avadanlıq böhranı yaşayır.

Mənbə: TrtHaber

Aynur Camal