İsrailli siyasətçi Azərbaycan-Ermənistan münasibətlərindən danışdıbackend

İsrail Ermənistana qarşı iddiasında Azərbaycanı dəstəkləməlidir.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri israilli siyasətçi Ayub Kara deyib.

“Beynəlxalq hüququn açıq şəkildə nümayiş etdirdiyi kimi, Ermənistan qeyri-qanuni yollarla Azərbaycanın işğal olunmuş Qarabağda və Azərbaycanın yeddi rayonunda enerji resurslarına çıxışını qadağan etməklə, Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını, eləcə də beynəlxalq hüququn digər prinsiplərini və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozub”

O qeyd edib ki, azərbaycanlı ekoloqların Laçın-Xankəndi yolunda dinc aksiya keçirməsinin əsas səbəbi Azərbaycan sərvətlərinin ekoloji cəhətdən qeyri-sağlam yolla çıxarılması və əslində müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərə satılmasıdır. : “Təxminən bir il əvvəl mən Qarabağda idim və ermənilərin Qarabağda ətraf mühitə verdikləri ağır dağıntıların şəxsən şahidi olmuşam. Əslində biz Qarabağda balıqsız çaylar, kökündən qopan ağaclar, yandırılan əkin sahələri və digər genişmiqyaslı təbiətin məhv edilməsini gördük. Dağıntı o qədər dəhşətli idi ki, Livanın cənubunda gördüklərimdən daha pis oldu”.

“İsraillilər Ermənistana qarşı arbitraj iddiası qaldırarkən Azərbaycanla həmrəylik nümayiş etdirməlidirlər”-deyə o qeyd edib.

Fərahim Rəhimov