İşsizlikdən sığorta ödənişi ilə bağlı mühüm xəbərbackend

Azərbaycanda işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsi genişləndiriləcək.

“Yeni Gündəm”-in xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda deputatların müzakirəsinə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

Həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi nəzərdə tutulub.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Xatırladaq ki, dəyişiklik layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycanın 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb.