İstanbulda terror təşkilatı DEAŞ-a qarşı keçirilən əməliyyatda 5 əcnəbi şübhəli saxlanılıb.
“Yeni Gundem” xəbər verir ki, şübhəlilərin hərbi təlim keçərək terror təşkilatında fəaliyyət göstərdikləri müəyyən edilib.
İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qrupları terror təşkilatı DEAŞ-ın fəaliyyətinin qarşısının alınması və ifşası istiqamətində işlərini davam etdirir.
Araşdırmada qruplar keçmişdə hərbi təhsil almış və təşkilat daxilində aktiv fəaliyyət göstərən şübhəlilərin şəhərdə olduqlarını müəyyən edərək, göstərilən ünvanlarda eyni vaxtda əməliyyat keçiriblər.
Əməliyyat zamanı 5 əcnəbi şübhəli yaxalanıb.
Nəzarətə alınan şübhəlilər İstanbul Polis İdarəsinə aparılıb.