İstanbulda təkrar seçkilər başa çatdı – Səslər hesablanır + Yenilənirbackend

İstanbulda yeni bələdiyyə sədrini seçmək üçün 10 milyon 560 min 963 seçici səs verir.

“Yeni Gundem” Türkiyə KİV-nə istinadən xəbər verir ki, təkrar seçkilərdə diqqət çəkən rəqəmlər belədir:

Seçici sayı: 10 milyon 560 min 963

Səyyar sandıq: 156

Səyyar səs verəcək seçici sayı: 3 min 748 nəfər

Səsvermə keçiriləcək həbsxana sayı: 19

Səs verəcək məhbuslar: 9 min 320

**

İstanbulda bələdiyyə seçkilərinə ayrılmış vaxt başa çatıb. Seçki məntəqələri Bakı vaxtı ilə saat 18:00-da bağlanıb.

Hazırda səslər hesablanır.

Xatırladaq ki, referendumda Cümhur İttifaqından (AKP) Binəli Yıldırım, Millət İttifaqından (CHP) Əkrəm İmamoğlu, Səadət Partiyasından Necdet Gökçınar və Vətən Partiyasından Mustafa İlkər Yücel mübarizə aparır.