İstanbuldakı terror bəzi ölkələrin terror təşkilatlarına dəstəyinin nəticəsidir – Fahrettin Altunbackend

 “Beynəlxalq ictimaiyyət bilməlidir ki, mülki vətəndaşlarımıza qarşı törədilən terror aktları bəzi ölkələrin terror təşkilatlarına verdiyi dəstəyin birbaşa və dolayı nəticəsidir”.

”Yeni Gundem” xəbər verir ki, İstanbulda baş verən terror hadisəsi ilə bağlı Türkiyə Prezidentinin köməkçisi Fahrettin Altun sosial mediya hesabında paylaşım edib.

Fahrettin Altun terrorun çirkin üzünün bir daha İstanbulda göründüyünü qeyd edib və həyatını itirənlərə rəhmət, yaralılara şəfa diləyib.

“Beynəlxalq ictimaiyyət bilməlidir ki, mülki vətəndaşlarımıza qarşı törədilən teror aktları bəzi ölkələrin terror təşkilatlarına verdiyi dəstəyin birbaşa və dolayı nəticəsidir. Əgər bu ölkələr Türkiyənin dostluğunu istəyirlərsə, terrora birbaşa və dolayı dəstəyi dayandırmalıdırlar. Hücumun arxasında dayanan əsl günahkarların tapılacağına və onların ağır şəkildə cavablandırılacağına heç kim şübhə etməsin. Terrorçular bu mənfur hücumlarla millətimizi və hökumətimizi qorxuda biləcəklərini, qorxu yayacaqlarını düşünürlər. Amma buna nail ola bilməyəcklər” – deyə, Altun bildirib. Türkiyənin keçmişdə də buna bənzər hallar yaşadığını və hər zaman müqavimət göstərdiyini izah edən Altun sözlərinə belə davam edib:

“Hər dəfə daha güclü şəkildə birləşdik. Hər dəfə cinayətkarları amansızlıqla təqib etdik. Bu dəfə də fəqli olmayacaq. Hökumətimiz, cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan terrorçuların təqibinə və cəzalandırılmasına heç vaxt ara verməyib. Terror ağrısını hiss edən xalqımıza söz veririk ki, günahsız insanlara hücum edənlər bunun əvəzini çox ağır ödəyəcəklər. Bu hücumda həyatını itirənlərin alələrinə bir daha dərin hüznlə başsalığı verir, yaralananlara ən xoş arzularımızı çatdırırıq. Biz terrorçuları cəzalandırmaq üçün əlimizdən gələni edəcəyik. Sözümüz sözdür”.