“İstixeber.com” xəbər portalı bu gün 2 yaşını qeyd edirbackend

Azərbaycan mediasına özünə məxsus yeri olan “İstixeber.com” müstəqil informasiya agentliyi bu gün 2 yaşını qeyd edir.

2018-ci ilin aprelin 18-də fəaliyyətə başlayan portal iki il ərzində özünəməxsus fəaliyyət xətti ilə seçilib və qısa müddət ərzində kifayət qədər geniş izləyici audutoriyası formalaşdırmağa müvəffəq olub.

Portalın təsisçisi Sənan Şəmkirli bildirib ki, yeni yaranmış informasiya resursunun tanıdılması və populyarlaşdırılması çox çətin məsələdir: “Azərbaycanın internet məkanında kifayət qədər sayt var. Onların içində xəbər resursu kimi fəaliyyət göstərən ciddi media orqanları ilə rəqabət aparmaq çox çətindir. Amma buna baxmayaraq biz ötən iki il ərzində “İstixeber.com”u tanıtdıra və özünün oxucu dairəsini yarada bildik.

Portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən xəbər, müsahibə, reportaj, köşələr dərc olunur. Hər zaman dövlətçilik prinsiplərindən çıxış edən İstixeber.com çoxsaylı oxucuların etimadını qazanıb.
Saytın baş redaktoru Rəşad Orucoğlu bildirib ki, aktual mövzulara, milli məsələlərə dair analitik məqalələr və müəllif yazılarına da geniş yer veririk. Çalışırıq ki, fəaliyyətimizdə jurnalistlərin peşə davranışı kodeksinə maksimum riayət edək, qərəzdən və qeyri-obyektivlikdən uzaq olaq”. Onu da qeyd edim ki, “İstixeber.com”-un qarşısında məqsədlərinə nail olmaq üçün hələ qət ediləsi uzun bir yol var: “Məqsədimiz yalnız ölkə daxilində mövqe qazanmaq deyil. Eyni zamanda portalı Azərbaycan həqiqətlərinin dünyada təbliğ edilməsi işində ciddi informasiya ruporuna çevirməkdir”.

Hazırda İstixeber.com-un “Facebook”, “Twitter”, “Instagram”, və “Youtube” kimi sosial media platformalarında da təmsil olunur.