İsveçrə Prezidenti İlham Əliyevi təbrik etdibackend

İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassis Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Yeni Gündəm” xəbər verir ki, məktubda deyilir:

“Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkələrimiz arasında sıx və qarşılıqlı etimada söykənən münasibətlər əsas qlobal çağırışların öhdəsindən birgə gəlmək üçün mühüm amildir.

Sizə və Azərbaycan vətəndaşlarına sülh və firavan gələcək arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.