İtaliya dünya siyasətində özünəməxsus yerə malik olan bir ölkə kimi həmişə mühüm maraq kəsb edirbackend

İtaliya haqqında yazmaq, danışmaq, bu ölkə barədə oxumaq, onu öyrənmək, yəqin ki, hər bir şəxs üçün maraqlıdır. Zənnimcə, çox qədim və zəngin tarixə malik olması, ümumilikdə bu ölkənin dünyanın ən gözəl təbiət guşəsi kimi diqqəti cəlb etməsi, çox qədim abidələrin qorunub saxlanması, dünyaya zəngin mədəniyyət nümunələri bəxş etməsi və bu kimi xeyli sayda faktlar İtaliyaya olan marağın əsas amillərindən biridir. Burada əhali faktoru da xüsusi qeyd olunmalıdır.

Azərbaycanda da bu ölkəyə xüsusi maraq mövcuddur. Buna görə də ölkəmizdə İtaliya ədəbiyyatı, tarixi və mədəniyyəti böyük maraqla izlənilir. Siyasi və iqtisadi cəhətdən də maraqlarımızın üst-üstə düşdüyü məqamlar çoxdur. İtaliyanın iş adamları, şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunu həyata keçirir, Xəzərin karbohidrogen ehtiyatlarının istismarında yaxından iştirak edirlər. Ümidvarıq ki, ölkəmizin xarici siyasətinin başlıca prioritetlərindən olan Avropa və Avratlantik qurumlara inteqrasiya, o cümlədən Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsində  İtaliya ölkəmizə dəstəyini əsirgəməmişdir

Sentyabrın  2-də İtaliyanın Çernobbio şəhərində  “The European House – Ambrosetti”  beyin mərkəzi tərəfindən “ Dünya, Avropa və İtaliyaya baxış”  və “Rəqabətli strategiyalar üçün bugünün və sabahın ssenarisi”  mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumu başlayıb.

“The European House – Ambrosetti”  İtaliya və Avropa üçün potensiala malik ölkələrlə  əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək  iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir.

Bildiyimiz kimi bugün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq  miqyasda enerji təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayan  aktorlardan birinə çevrilib.  Müstəqil enerji  siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Azərbaycan iki strateji neft kəmərlərinin inşası ilə neft ixracını Qara dəniz bazarı və  dünya bazarlarına təchizatını  şaxələndirmişdir. Təbii qaz ixracında isə  Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya uzanır. Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də İtaliya Prezidenti Sercio Matarellanın, İtaliya Nazirlər şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib.  Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsiliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib.  Prezidentimiz Rusiya-Ukrayna arasında baş verən müharibə  nəticəsində artan ehtiyacı təmin etmək üçün sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyac olduğunu  və Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsinin  avropalıların gündəliyində ən aktual məsələlərdən biri olduğunu ,  İonik-Adriatik boru kəmər lahiyəsinin Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracağını və Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər olunduğunu qeyd etmişdir.

Paşayeva Həcərnur Əmirxan qızı

Azərbaycan Dövlət Pedaqoji Universiteti