İtaliya İrana xəbərdarlıq edib: Ölüm hökmünü dayandırınbackend

İtaliyanın xarici işlər naziri Antonio Tajani ölkədəki etirazlardan sonra İranın Romadakı səfiri Məhəmməd Rza Saburini çağıraraq edam cəzasına son qoyulmasını tələb edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Tacaninin sözlərinə görə, o, İtaliyanın İranda baş verənlərdən narahatlığını və hiddətini ifadə edib. “Mən ölüm hökmlərinin, edamların dərhal dayandırılmasını və nümayişlərin vəhşicəsinə yatırılmasını və nümayişçilərlə dialoqun aparılmasını tələb etdim”.Səfir bildirib ki, o, hökumətinə hesabat verəcək: «Heç kimin, hətta ağır cinayətlər törətsə belə, öldürməyə haqqı yoxdur”, – deyə nazir əlavə edib.

Tajani vurğulayıb ki, İranda belə bir vəziyyət İtaliya üçün qəbuledilməzdir. İtaliya hər zaman mətbuat azadlığını və istənilən ölkədə nümayiş azadlığını müdafiə edəcək. Bundan əvvəl İran prezidenti İbrahim Rəisi ABŞ və Qərbi yalan yaymaqla etirazları qızışdırmaqda ittiham edib. O, satqınlara mərhəmət olmayacağını vurğulayıb.

Ayşən