İtaliya və Azərbaycan tərəfdaşlığıbackend

Prezident İlham Əliyevin İtaliyaya ikigünlük işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açır. Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə Çernobbio şəhərində keçirilən beynəlxalq forumda əsas qonaq qismində iştirakı, həmçinin dövlətimizin başçısının forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etməsi ölkəmizə və onun liderinə olan böyük hörmətin nümunəsidir.

İtaliyaya tez-tez səfər etdiyini vurğulayan prezident sonuncu dəfə burada 2020-ci ildə dövlət səfərində olduğunu bildirib.Prezident İlham Əliyev  vurğulayıb ki “O zaman biz İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzaladıq. Budəfəki səfərim də çox uğurlu oldu. Mənim cənab Prezident və cənab Baş nazir ilə görüşlərim oldu və biz ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş məsələləri müzakirə etdik. Həmçinin əlavə etmək istərdim ki, dörd il öncə Prezident Mattarella Azərbaycanda rəsmi səfərdə olub. Beləliklə, bu, onu nümayiş etdirir ki, bizim siyasi dialoqumuz olduqca fəaldır və biz ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil edirik.

İlham Əliyev qeyd edib ki, həmin mürəkkəb dönəmdə müzakirələrin əsas mövzusu enerji siyasəti idi:

“Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu haqqında danışarkən sizin diqqətinizi bəzi tarixi məqamlara yönəltmək istəyirəm. Bizim enerji strategiyamız mərhələlərə bölünüb. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq.

Milli Məclisin deputatı Cavid Osmanovun fikirinə əsasən bizdə qeyd edə bilərik ki,Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq müxtəlif sahələri əhatə edir. Bu önəmli əməkdaşlıq istiqamətlərindən biri də təhsil sahəsidir. Buna misal olaraq ADA Universitetinin İtaliyanın beş aparıcı universiteti ilə tərəfdaşılığını qeyd etmək olar. Həmçinin Bakıda yaradılan Azərbaycan-İtaliya Universiteti də bu sahədə mövcud olan əlaqələrin göstəricisidir.

Qeyd edək ki, Prezident Sercio Mattarella və Baş nazir Mario Draqi ilə keçirilmiş görüşlərlə bağlı İtaliya Prezidentinin və Nazirlər Şurasının mətbuat xidmətlərinin məlumat və videoreportajları “La7”, “il Messaggero”, “il Sole 24 Ore”, “Affari Italiani”, AGI”, “Agenzia Nova”, “Libero Quotidiano”, “Borsa Italiana”, “Italpress”, “Italia Informa”, “Notize Yahoo”, “Tg cal24”, “La Sicilia”, “Mi-lorenteggio”, “Gazzetta di Parma”, “L’Edicola del Sud”, “Blog Sicilia”, “Audio press”, “Giornale Partite Iva” kimi mətbuat orqanları da daxil olmaqla çoxsaylı kütləvi informasiya vasitələrində yayımlanıb.

Mirzəyeva Aytac

Bakı Slavyan Universiteti