İtaliyada 100 yaşlı qadın sürücülük vəsiqəsini yeniləyibbackend

İtaliyanın Viçenza şəhərində yaşayan 100 yaşlı Candida Uderzo görmə testindən keçərək sürücülük vəsiqəsini yeniləmək hüququ qazanıb.

“Yeni Gündəm” “The Guardian”a istinadən xəbər verir ki, Uderzo eynək taxmadan qəzet oxuya bildiyini və görmə qabiliyyətinin çox yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Candida Uderzo artıq ölkədə sürücülük vəsiqəsi yeniləmək hüququ əldə edən üçüncü 100 yaşlı qadındır.