İtaliyanın Konqodakı səfiri öldürüldübackend

İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri öldürülüb.

“Yeni Gündəm” xəbər verir ki, İtaliyanın “Respublika” qəzetinin məlumatına görə, səfir Luka Attanasio Konqonun şərqindəki BMT konvoyuna edilən hücumda qətlə yetirilib. Hadisə nəticəsində müşayiət qrupuna daxil olan mühafizə əməkdaşı da yaralanıb.

Hücumun BMT işçilərini qaçırmaq məqsədi daşıdığı bildirilib.