İtkin düşən hərbçinin ailəsi ziyarət olundubackend

Millət vəkili Anar Məmmədov Azərbaycan Ordusunun martın 4-də Laçın rayonu ərazisində yolu azaraq itkin düşən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Goranboy rayonu, Qaradağlı kənd sakini əsgər Abdullayev Firdovsi Mais oğlunun ailəsini ziyarət edib.

“Yeni Gündəm” xəbər verir k, görüşdə hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ağsaqqalları və ziyalıları iştirak edib.
Görüşdə çıxış edən millət vəkili və başçı yüksək dağlıq və çətin relyefli ərazidə hərbi qulluqçumuzun tapılması məqsədilə aidiyyəti dövlət qurumlarının axtarış-xilasetmə tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıblar.
Hərbçimizin ailəsi də onlara göstərilən dəstəyə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.