Şəmkirdə itkin düşən qadın tapılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Yeni Gündəm”-ə verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşları rayon sakini Gülbəsti Qurbanovanın itkin düşməsi ilə bağlı keçirdikləri müvafiq tədbirlərlə sonuncu Şirvan şəhərində tapılaraq ailəsinə təhvil verilib.