İtkin düşən şəhid anası tapıldıbackend

Beyləqanda itkin düşən şəhid anası Adilə Şükürova tapılıb.

Bu barədə Lent.az-a onun oğlu, Gödəklər kənd orta məktəbinin direktoru Tərlan Əliyev məlumat verib. O, bildirib ki, anası dünən günortadan sonra Bakıda tapılıb:

“Birinci Qarabağ müharibəsində qardaşım Rövşən Əliyev şəhid olandan sonra anamızın əsəb sistemində problem yarandı. Fevralın 19-u səhər saat 8-ni yarsı evdən çıxmışdı. Polisə də müraciət elədik. Dünən axşam bildik ki, o, Bakıda Yasamal rayonunda kirayədə yaşayan tanışlarının yanına gedib”.

Həmsöhbətimiz qeyd edib ki, anası Adilə Şükürova bundan əvvəl də bir neçə dəfə əsəb pozuntusu səbəbilə evdən çıxıb gedib. Lakin həmin vaxt özü qayıdıb gəlmişdi.