İttifaq yaradıldı – SSRİ bərpa olunur?backend

“Vaxtilə “SSRİ-nin bərpasına hazırlıq gedir” deyəndə gülürdülər. Artıq Rusiya-Belarus İttifaqı yaratdılar və bütün vasitələrlə bunu reklam etdilər. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədri Leonid Kalaşnikov dərhal elan etdi ki, Rusiya və Belarusun yaratdığı İttifaq dövlətinə sonradan vaxtilə Sovet İttifaqının tərkibində olan digər ölkələr də qoşula bilər.

Bundan sonra bir çox Rusiya siyasiləri elan etdilər ki, İttifaq dövləti keçmiş sovet respublikaları üçün cəlbedici olacaq. Yeni yaradılacaq İttifaqda sərhəddin olmaması, heç bir icazə olmadan işləmək, bir-birindən öyrənmək, rahat gedib gəlmək, sürücülük vəsiqəsini başqa dilə çevirməmək kimi üstünlükləri tirajlanmağa başladı. Artıq yeni İttifaqın vahid orqanlarından da danışırlar. Əminəm ki, növbəti həmlədə Azərbaycan, Gürcüstan və Ermənistanı da bu İttifaqa qoşmağa çalışacaqlar”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

“Bunu ilk növbədə hakimiyyət rəsmiləri anlamalı və vətəndaşların maddi durumunu günü-gündən pisləşməsinin birbaşa bu siyasəti aparanlara sərf etdiyini bilməlidirlər. ABŞ və Avropanın Əfqanıstanda etdiklərindən sonra başqa ad altında SSRİ-nin bərpasına da susacaqlarına heç kim şübhə etməsin. Görünən odur ki, demokratiya, suverinitet kimi anlayışlar artıq gücə qurban verilir və dünyanın yenidən bölüşdürülməsi baş verir” – A.İsmayılov qeyd edib.