İTV jurnalistinin sərhəddə erməni əsgərlə mübahisəsi – VİDEObackend

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) əməkdaşları Azərbaycan və Ermənistan hərbçilərinin üz-üzə dayandıqları nöqtədə olublar.

“Yeni Gündəm” xəbər verir ki, İTV çəkiliş qrupu və erməni hərbçiləri arasında dialoq yaşanıb.

Erməni mövqeyinin hərbçiləri İTV-nin əməkdaşlarından çəkiliş aparmamağı tələb edib.

Azərbaycanlı jurnalistlər isə buna cavab olaraq bildiriblər ki, onlar Azərbaycan ərazisində çəkiliş aparırlar:
“Narahat olma. Mən Azərbaycan ərazisindəyəm və çəkə bilərəm. Qulaq as, sərhəd artıq delimitasiya olunub? (cavab verir: xeyr) Xeyr? Onda çəkilişlə bağlı heç bir qayda ola bilməz. Səndən bir şey soruşsalar, de, mən çəkmişəm. Artak Davtyana deyərsən ki, mən idim çəkən. Narahat olma, sizdə hər həftə bir müdafiə naziri dəyişir. Deyəsən, “belə şeylər” yalnız Ermənistanda olur”.

Həmin kadrları təqdim edirik: