İTV-nin efirində gərginlik: “Özünüzü idarə edə bilmirsiniz…” – VİDEObackend

Tibb elmləri doktoru, professor Adil Qeybulla ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçi qrupunun üzvü Könül Ələkbərov arasında mübahisə yaranıb.

“Yeni Gündəm” xəbər verir ki, hadisə İTV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində İcbari Tibbi Sığortanın tətbiqi ilə bağlı müzakirələr zamanı yaranıb.

Belə ki, Könül Ələkbərov Adil Qeybullanın fikirlərinə müdaxilə edib. Bundan sonra tərəflər arasında gərginlik yaranıb.