İTV-nin Yayım Şurasının tərkibi dəyişdibackend

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibi dəyişib.

“Yeni Gündəm”-in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” qərar layihəsində əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı şəxslərin namizədliyi 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilib:

Namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş şəxslər:

– Zeynalov Vüqar Eldar oğlu

Namizədliyi Gənclər Təşkilatı tərəfindən irəli sürülmüş:

– Əliyev Azər Ruslan oğlu

Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş:

– Yusifova Sevil Şərif qızı

Qərar layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.