İvanka Tramp Konqres binasına daxil olan iğtişaşçılara müraciət edibbackend

ABŞ-ın hazırkı Prezidenti Donald Trampın qızı İvanka Tramp Konqres binasına daxil olan iğtişaşçılara müraciət edib.

“Yeni Gündəm” xəbər verir ki, o, öz tvitter səhifəsindəki paylaşımında onları “Amerikanın vətənpərvərləri” adlandırıb.

İvanka, həmçinin atasının “Xahiş edirəm, paytaxt polisini və hüquq-mühafizə orqanlarımızı dəstəkləyin. Onlar həqiqətən ölkəmizin yanındadırlar. Sakit qalın”,- postunu da yayımlayıb.

Prezident qızının “vətənpərvər” ifadəsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib və o tənqidə məruz qalıb.

İvanka daha sonra sözügedən postunu silmək məcburiyyətində qalıb.