İxtisas qrupları üzrə 2451 vakant yer varbackend

Dövlət İmtahan Mərkəzi ixtisas qrupları üzrə vakant yerlərin sayı açıqlanıb.

DİM-dən “Yeni Gündəm”-ə verilən xəbərə görə, ixtisas qrupları üzrə ümumilikdə vakant yerlərin sayı 2451-dir (4,78%). Minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı isə 285-dir (2,78%).