İYİ Partiyanın sədri Meral Akşenerdir…backend

İYİ Partiyanın İstanbulun Merter qəsəbəsindəki baş ofisinə silahlı hücum olub.

“Unikal” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, şəxsiyyəti hələlik məlum olmayan şəxs və ya şəxslər ofisi atəşə tutub. İnsidentdə ölən və ya yaralanan olmayıb. Əraziyə polis sövq edilib.

Qeyd edək ki, İYİ Partiyanın sədri Meral Akşenerdir.