“JEK” müdiri Xəzər televiziyasının əməkdaşını ölümlə hədələyir – FOTOFAKTbackend
“JEK” müdiri  Xəzər televiziyasının əməkdaşını ölümlə hədələyir.“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Xəzər” televiziyasının Xəbərlər xidmətinin əməkdaşı Nizami Rəsulov məlumat verib.“Sumqayıtda 88 yaşlı qadın kimsəsiz və baxımsız halda qalıb. Özünün dediyinə görə, heç maraqlananda yoxdur. Ac , susuz qalıb….

Özünü “LOTU” hesab edən “JEK” müdirini sizdə tanıyın.

Sumqayıt şəhər 11 saylı MİS-nin rəisi İsgəndər Quliyev.

Deyir bu xəbər efirdə yayımlansa səni alnından atacam. Məndə ona qanunlarımızı izah etdim. Əgər başa düşdüsə…

Bəs İsgəndər Quliyevi belə əsəbləşdirən nədir? Vətəndaş müraciəti əsasında yaşlı qadınının imdadına çatan XəzərXəbər əməkdaşlarının onun çirkin əməlini ifşa etməsi , yoxsa ərazidə çəkiliş edərkən özünü şah hesab edən MİS rəisindən icazə almamaları? Biz işimizə vicdanla yanaşaraq vətəndaş məmnunluğunu, eləcədə onların sosial vəziyyətinin yaxşılaşdırlması üçün xidmət ediriksə, bəs siz kimə və nəyə xidmət edirsizniz hörmətli İsgəndər Quliyev?”.