Jurnalist 5-ci mərtəbədən yıxılıb öldübackend

“TRT World” kanalının Yeni Zelandiyadan olan müxbiri Yasmina Ryan faciəli şəkildə ölüb.

“Yenigundem” Türkiyə mətbuatına istinadən xəbər verir ki, xanım jurnalist İstanbulun Beşiktaş səmtində yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb.

34 yaşlı Y.Ryan aldığı xəsarətdən yerindəcə keçinib.

Məlumata görə, jurnalist rəfiqəsi ilə birgə yaşayırmış. Rəfiqəsi hadisə vaxtı yuxuda olduğunu və qışqırıq eşitdiyi üçün ayıldığını deyib. Daha sonra Yasminanın aşağı düşdüyünü görüb və polisə məlumat verib.

Polis hadisənin səbəbini araşdırır.

Qafqazinfo.az