“Jurnalistlərin hüquqlarını qoruyan əsas təşkilat Mətbuat Şurasıdır” – Müşfiq Ələsgərlibackend

Hər bir jurnalist ölkə  vətəndaşlarının hüquqlarını müdafiə edir.Bəs görəsən  Azərbaycanda jurnalistlərin özlərinin hüquqlarını qoruyan bir dövlət qurumu mövcuddurmu?

 

Bunu  Jurnalist Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli Modern.az saytına danışarkən bildirib.

“Ümumi standartlara görə jurnalistlərin hüquqlarının qorunması ilə jurnalist təşkilatları məşğul olurlar. Jurnalist  təşkilatları hüququ pozulmuş  jurnalistin məsələsini ictimailəşdirilər. Onun ətrafında həmrəylik təşkil edirlər. Azərbaycanda da kifayət qədər jurnalist təşkilatları mövcuddur. Təbii ki bunların içərisində aktiv və passiv olanları da var. Əsas yerdə Mətbuat Şurası dayanır. Bu məsələ ilə bağlı da şuraya kifayət qədər müraciət edənlər də olur”.

 

İttifaq sədri Mətbuat Şurasının jurnalist şikayətlərini gözdən keçirdiyi xatırladıb.

“Hər hansı bir jurnalistin problemi olursa,  Mətbuat Şurası bununla bağlı müəyyən tədbirlər həyata keçirir. Məsələni ictimailəşdirir, hüququ pozulmuş jurnalistlə bağlı Mətbuat Şurasının sədri tərəfindən bəyanat səsləndirilir. Hal –hazırda  jurnalist  peşəsindən sui-istifadə  edənlərin sayı çoxalıb. Problem ondadır ki, jurnalistikaya adiyyatı olmayan şəxslər də bu sənətə yiyələnməyə səy göstərirlər. Müraciətlər daxil olan zaman elələri olur ki ,belə qənaətə gəlirik ki ,bu insanın jurnalistikaya nə adiyyatı var?  Buna misal olaraq Polad Aslanov kimi şəxsləri göstərmək olar. Özünü jurnalist kimi qələmə verib əslinə baxanda aydın oldu ki xarici ölkəyə müəyyən informasiyaları ötürməklə  casusluqla məşğul olurmuş. Elə hallarda olur ki, jurnalist söyləyir mənim hüququm pozulub , və məni müdafiə etmədilər. Bilirsiniz bu cür faktlar təxminən 90 –cı illərə təsadüf edir. Müasir dövrdə hər bir jurnalistin məsələsinə baxılır və yetəri  qədər də müdafiə olunur. Daha yaxşı olardı ki, hər bir jurnalist , onların hüquqlarını müdafiə edə biləcək təşkilatlara üzv olsunlar  və bir problem yaşadıqda rahatlıqla müdafiə oluna bilsinlər”.

 

Müşviq Ələsgərli bunu da qeyd edib ki, – ölkədə Jurnalist Həmkarlar İttifaqı ciddi şəkildə fəaliyyət göstərir.

“Bizim ittifaq həm ölkə daxilində, həmdə beynəlxalq aləmdə çoxsaylı jurnalist təşkilatları ilə əlaqə saxlayır. İttifaqın kifayət  qədər jurnalist  üzvləri var. Biz hərzaman onlarla əlaqə saxlayıb, problemləri olanda da həll etməyə çalışırıq”.