Jurnalistlərin nəzərinəbackend

Sentyabrın 13-də Azərbaycan Mətbuat Şurasında (MŞ) jurnalistlərin COVID-19 infeksiyası əleyhinə növbəti vaksinasiyası həyata keçiriləcək.

MŞ-dan “Yeni Gündəm”-ə verilən məlumata görə, ki, şura bu barədə TƏBİB-lə razılığa gəlib.

Qeyd edək ki, MŞ-də jurnalistlərin sonuncu vaksinasiyası 2021-ci ilin avqustun 5-də keçirilib. Həmin gün vaksinin ilk dozası tətbiq edilmiş jurnalistlər sentyabrın 13-də ikinci dozanın tətbiqi üçün yaxınlaşa bilərlər.

Eyni zamanda, media təmsilçilərinin COVID-19 infeksiyası əleyhinə peyvəndin ilk dozası üçün də müraciət etmələri mümkündür.

MŞ-dan bildirilib ki, respublikanın müxtəlif şəhər və bölgələrindəki tibb müəssisələrində vətəndaşların “COVID-19” infeksiyası əleyhinə peyvəndlənməsi həyata keçirilir. Hazırkı vaxtda Şuranın TƏBİB-lə birgə reallaşdırdığı bu aksiya media təmsilçilərinin əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə həyata keçirilir.

“Xahiş edirik ki, KİV redaksiyaları və jurnalistlər bunu nəzərə alsınlar, prosesə həssas yanaşsınlar, mütəşəkkil şəkildə aksiyaya qoşulsunlar. KİV redaksiyaları yaşı 18-dən yuxarı olan və vaksinasiyadan hələ keçməmiş əməkdaşlarının siyahısını Şuraya ünvanlamalıdırlar”, – deyə MŞ-dan bildirilib.