Kadırov “Nobel”ə namizəd göstərildibackend

Çeçenistanın başçısı Ramzan Kadırov “Nobel” Sülh Mükafatına namizəd göstərilib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Beynəlxalq Nobel Məlumat Mərkəzinin (VM) prezidenti Vyaçeslav Tyutyunnik “Komsomolskaya pravda”ya açıqlama verib.

“Kadırov son 15 ildə tarixən çətin Çeçenistan bölgəsində etibarlı sülhün qurulmasına və qorunmasına verdiyi böyük töhfəsinə görə namizəd göstərilib”,- deyə Tyutyunnik qeyd edib. O, ərizənin Norveç təmsilçiləri tərəfindən verilmiş ola biləcəyini bildirib.

Bir müddət əvvəl verdiyi açıqlamasında Kadırov özünü “Nobel” mükafatına layiq gördüyünü açıqlamışdı. O, bunu amerikalılardan fərqli olaraq beynəlxalq terrorizmə qarşı mübarizədə müvəffəqiyyətli olması ilə əsaslandırmışdı.

2020-ci ildə Kadırov qeyri-hökumət təşkilatı Sülh və İnkişaf İnstitutu (INSPAD) tərəfindən təsis edilmiş beynəlxalq Sülh Mükafatına da namizəd göstərilib.