Kadırovçular Ukraynada azərbaycanlı gənci işgəncə ilə öldürdülər – VİDEObackend

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Xersondan çıxarılan Rusiya ordusunun hərbi bölmələri Donetskdə, əsasən Baxmut rayonunda cəmləşdirilir. Donbas istiqamətində Rusiyanın hücumlarının intensivləşəcəyi gözlənilir.

Həmçinin qeyd edilib ki, Zaporojye vilayətinin Vasilevski rayonunda azərbaycanlı gənc işgəncə ilə öldürülüb.

“Həmin gənc döyüşlər zamanı ukraynalı yaralı əsgəri evinin həyətindəki zirzəmidə gizlədib. Rusiyalı hərbçilər (onların kadırovçular olduğu bildirilir) ukraynalı əsgərə kömək etdiyi üçün həmvətənimizə işgəncə veriblər. Nəticədə o həlak olub”, – deyə məlumatda bildirilib.