Kafe-restoranlarda sanitar qovşaq bağlı olacaq?backend

“Kafe-restoranlarda sanitar qovşaqla bağlı xüsusi qeyd yoxdur”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, iaşə müəssisələrində müəyyən tələblər müəyyənləşdirilib:”Sanitar qovşaqla bağlı xüsusi qeyd yoxdur. Nazirlər Kabinetinin qərarlarında qapalı məkanda ara məsafəsinin qorunması tələbi var. Sanitar qovşaqların fəaliyyətinə qadağa yoxdur, sadəcə burada 1,5-2 metr məsafə qorunmalıdır”.