Kalın Baydenin müşaviri ilə Qarabağı müzakirə edibbackend

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalınla ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

Bu barədə “Yeni Gündəm” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Türkiyə ilə ABŞ arasında münasibətlər, Suriya, Liviya, Şərqi Aralıq dənizi, Kipr, Əfqanıstan və Qarabağdakı vəziyyət, həmçinin “COVID-19” pandemiyası və qlobal iqlim dəyişikliyi ilə mübarizə məsələləri müzakirə olunub.

Söhbət əsnasında qarşıdakı dövr üçün iki ölkə arasında möhkəm, uzunmüddətli və konstruktiv münasibətlər modelini inkişaf etdirmək istəyi ifadə edilib.

Həmsöhbətlər NATO alyansının möhkəmləndirilməsi və regional və qlobal sülhün və sabitliyin möhkəmləndirilməsi üçün addımların atılmasının zəruriliyi barədə razılığa gəliblər.