Amnesty İnternational Kambocanı YUNESKO-nun dünya irsi siyahısında olan Angkor Wat məbədi kompleksi ətrafında yaşayan 10 min ailəni “zorla” qovmaqla beynəlxalq hüququ pozmaqda ittiham edib.
Cənub-Şərqi Asiya ölkəsi Kambocada son bir ildə YUNESKO-nun dünya irsi siyahısında olan Angkor Wat məbəd kompleksinin ətrafında yaşayan və onu tərk edənlərin sayında artım müşahidə olunmaqdadı.
Rayonu tərk edənlər bu ərazidən 25 kilometr aralıda köhnə çəltik sahələrində yaradılmış qəsəbə ərazisinə köçürlər. Bu yaxınlarda təxliyyə edilən insanların sayı 10 minə çatdıqdan sonra Amnesty İnternational tərəfindən Kamboca hökumətinin bölgə xalqını zorla təxliyə etdiyinə dair hesabat dərc olunub.
Amnesty İnternational öz hesabatında ailələrin “birbaşa və ya dolayısı ilə” köçürülmə ilə hədələndiyini qeyd edib. Doğru və Cənub-Şərqi Asiya Tədqiqatlarının Regional Direktoru Montse Ferrer, “Onlar insanları zorla qovmağı və insan hüquqlarını pozmağı dayandırmalıdırlar” deyib.
Ferrer xəbərdarlıq edib ki, YUNESKO-dan ciddi bir geri addım atmasa, ölkələr insan hüquqlarını poza bilər. Kamboca hökumətinin sözçüsü Pen Bona hesabatın doğru olmadığını və sakinlərin köçürülməsinin könüllülük əsasında həyata keçirildiyini müdafiə edib.
UNESCO-nun verdiyi açıqlamada hesabata görə “dərin narahatlığın” hiss olunduğu qeyd edilib. “Kamboca hakimiyyəti əhalinin Anqkora köçürülməsindən dərin narahatdır”, – deyə məlumatda bildirilir. Bəyanatda həmçinin qeyd olunub ki, UNESCO bölgə əhalisinin təxliyəsini istəmir və sözügedən evakuasiya proqramının bir hissəsi deyil.
UNESCO Kamboca hökumətini “islahedici tədbirlər” görməyə çağırıb. Ərazidə yaşayan bir şəxs Kamboca rəsmilərinin “YUNESKO sizin getmənizi istəyir, əks halda ərazi dünya irsi statusunu itirəcək” dediyini bildirib.
Xatırladaq ki, Kambocanın turizm mərkəzlərindən biri olan Angkor Wat məbəd kompleksindəki əhali 1990-cı illərin əvvəllərindəki 20 mindən 2013-cü ilə qədər 120 minə yüksəlib.
Mənbə: TGRT
Aynur Camal