Kamilə Babayeva AzTV-yə qayıdırbackend

Aparıcı Kamilə Babayeva da uzun fasilədən sonra bu mövsüm televiziyaya qayıtmaq qərarı verib.

“Yeni Gündəm”-in xəbərinə görə, K.Babayeva bildirib ki, AzTV-də çalışacaq: “Verilişin adı hələ məlum deyil. Səmimi mühitdə söhbət olacaq. Həftəsonu yayımlanacaq. Proqramda sənət adamları, sayılıb-seçilən ziyalılar, yazarlar yer alacaq”.

Kamilə Babayeva sonuncu dəfə AzTV-də “Görüş yeri” verilişinə aparıcılıq edib.

Onun proqramı bir mövsüm davam edib, daha sonra yayımı dayandırılıb.

O, bir ildən çoxdur ki, aparıcılıq fəaliyyətinə fasilə verib.

Axsam.az