Kamran Dəniz: Düzgün piyar olmasa uğur mümkün deyilbackend

“Yeni Gündəm” saytının bu gün ki, müsahibi youtube meneceri Kamran Dənizdir.

Kamran bəy, son günlər musiqiləri və klipləri ilə gündəmə gələn müğənnilərimizlə bərabər,  siz də diqqətdəsiniz. Bunu hiss edirsinizmi?  Misal üçün biz sosial şəbəkələrdə sizin adınızı çox görürük. Əsasən də böyük kütləsi olan şou biznes nümayəndələri ilə birgə.

-Müsahibə üçün və bu mövzuya toxunduğunuza görə təşəkkür edirəm. Son zamanlar belə deyək bizim sənət özü gündəmdədir(gülür). Məsələyə ümumi yanaşsaq hazırda bütün sistemlərdə piyar ön plandadır. Sizin necə məhsul hazırlamağınız deyil onu necə təqdim etməyiniz önəmlidir. Bizim işdə də bu prinsip əsasdır. Texnoloji inkişaf, internetin həyatımızın ən mühüm nöqtələrində olması, şou biznes sahəsinə də öz damğasını vurur. Əvvəllər müğənnilər yalnız yaxşı prodüsserlə işləsə kifayət idi. Lakin indi vəziyyət dəyişib. Sizin yaxşı səsiniz, müsiqiniz, aranjımanınız və.s ola bilər. Hətta prodüsseriniz də ideal fəaliyyət göstərər. Ancaq internet piyarı üçün əməkdaşlıq edərkən uduza bilərsiniz. Bu hər şeyi korlayır. Sənətçi olub ki, 10 minlərlə manat pul xərclədiyi klipə baxış sayı yığımayıb. Gələk bizim sənətə. Mən özümü sırf “YouTube” meneceri kimi inkişaf etdirmişəm. Simpatiyam bu istiqamətədir. Uzun illərdir hər gün axtarışdayam və nəticəsini də tez-tez hiss edirəm. Sırf şəxsi səylərimnən danışırıqsa deyə bilərəm ki, bu mənim həyat tərzimdir. Mahnının sevilməsi, diqqət çəkib kütlə toplaması  əsas hədəfimizdir. Bu isə göründüyü qədər asan deyil. Bütün detallara dəqiq yanaşmalısan. İndi çox adama bu iş asan gəlir. Çox adam  deyə bilər ki, biz meneceriyik. Lakin bunu reallaşdırmaq çətindir. Xırda bir qüsur uğursuzluqla nəticələnə bilər. Klip yayımı zamanı düzgün vaxt seçimi və düzgün  piyar vacibdir. Burda uğurlu olsan mahnının kefiyyəti ikinci plandadır. Milyonlarla baxış uzaqda deyil

Gəlin fəaliyyətinizlə daha yaxından  tanış olaq…

Mən hazırda “CMN GROUP” çalışıram.Vəzifəm “YouTube” meneceridir. Əsas təcrübəm rəhmətlik Ceyhun Əsədovla olub. O bir çox müğənnilərin piyar meneceri idi. Biz onunla demək olar bu sahədə böyük ilklərə imza atırdıq.  A klasslarla işləmişik. Ondan çox şey öyrəndim. Hazırda isə  PR menecer Nadir Kərimovla birgə çalışırıq. O da işinin peşəkarıdır.  Çox fərqli, yenilikçi adamdır. Azərbaycan trendinə nəzər salsaq yarıdan çoxu bizim şirkətin işidir

Konkret misallar çəkə bilərsiniz?

Hazırda iş prinsiplərimizi bir çox müğənnilərlə işlədiyimizi və.s nəzərə alaraq sizə adlar demiyəcəm. Amma ümumi faktlar var. Məsələn klip olub ki, 4 saata Azərbaycan trendinə düşüb. Daha doğrusu biz bunu etmişik. Piyar etdiyimiz bir çox sənətçilər qısa zamanda ölkədə tanınıb. Yəni “YouTube” üzərindən tanınıb. Bu da elə hər şeydən vacibdir. Etiraf edək ki, bu dəqiqə dünyanın hər yerində ölçü vahidi “YouTube” dir. Orda 1 nömrəsənsə hər yerdə eləsən

Bəs bizim musiqimizin və sənətçilərimizin ölkə xaricində sırf “YouTube” sayəsində tanınması mümkündürmü?

Bununla bağlı işləyirik. Şirkət sirri olduğundan bu dəqiqə sizə deyə bilməyəcəm. Amma növbəti müsahibələrdə əminliklə deyə bilərəm ki bu istiqamətdə müsbət faktlar olacaq.