Kamran Əliyevə yeni köməkçilər təyin edildi – YENİLƏNDİbackend

Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, Vüsal Əliyev Baş prokurorun böyük köməkçisi vəzifəsinə təyin edilib.

Bu barədə “Yeni Gundem”-ə Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Vüsal Əliyev bu təyinata qədər Baş prokurorun xüsusi tapşırılar üzrə köməkçisi vəzifəsində çalışıb.

Həmçinin müvafiq əmrlə Rail Bayramlı tutduğu vəzifədən azad olunaraq Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin edilib.

Qeyd edilib ki, Rail Bayramlı bu təyinata qədər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çalışıb.

***

12:30

Baş Prokurora yeni köməkçi təyin edilib.

Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Rail Bayramlı Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin olunub.