Kamran Həsənli: Heyf deyildi rusun, farsın vaxtı” kimi sərsəm fikir söyləyənlər ördəkdir, qoyundur – VİDEObackend

Tanınmış teleaparıcı və aktyor Kamran Həsənli Azərbaycanda Rusiyanın və İranın imperiya siyasətini dəstəkləyən, hələ də keçmiş SSRİ-ni arzulayan şəxsləri sərt şəkildə tənqid edib.

Kamran Həsənli “Müsavat TV”-nin efirində Rusiya və İran imperiyalarının əsrlərdən bəri Azərbaycan xalqı arasında apardığı təbliğatlara toxunub:

“Azərbaycan xalqı içərisində elə adamlar var ki, onlar hələ də rus və fars imperiyalarını arzu edirlər. Elə adamlar var ki, “heyf deyildi rusun, farsın vaxtı” kimi sərsəm fikirilər söyləyənlər, Rusiyanın işğalçılıq siyasətinə haqq qazandırmağa çalışırlar. Bu cür adamlara Azərbaycanlı demək olmaz, onlar ördəkdir, qoyundur, “petux”dur, qanmazdır.

Baxmayaraq ki, qoyun, xoruz, örədək, camuş faydalı heyvanlardır. Ancaq siz Azərbaycanda hər hansı bir insana “qoyun”, “petux”, “qaz”, “ördək” desəniz söyşüdür. İmperiyalar da çalışır ki, bizim insanlar ördək, qaz, xoruz kimi başaşağı formalaşsın, şüursuz, qanmaz olsunlar, müstəqilliyin necə nemət olması barədə düşünməsinlər. Bu cür zümrənin başı aşağıdır. Çünki onlar örədikdirlər. Amma onlara “pişik” desəniz, bu kompliment sayılacaq. Çünki pişik qürurludur, pişiyin öz xasiyyəti var, o səndən həm küsə bilər, həm də onu tumarlayıb könlünü ala bilərsən. Yəni, istəmədiyi nəyisə pişik etməz. Bu baxımdan heyvanların da içərisində qürurlu və qürursuzları var.

Rusiya və İran da çalışır ki, bu cür örədklərin sayı Azərbaycanda çoxalsın, amma onlar heçnə əldə edə bilməyəcəklər. Çünki yüz illər boyu nə qədər bizi əzsələr də, nə qədər həmin örədklər yaratmağa çalışsalar da, Azərbaycanda bozqurdların sayını azalda bilməyəcəklər”.

Demokrat.az