Kanada Ukraynaya dronlar verəcəkbackend

Kanada hökuməti yüzlərlə yüksək texnologiyalı Kanada pilotsuz təyyarəsinin Ukraynaya çatdırılması ilə bağlı danışıqlar aparır.

“Yeni Gundem” Xarici KİV-ə istinadən xəbər verir ki,ötən ilin iyul ayında Ukraynanın baş nazirinin müavini Yuliya Sviridenko Kanadadan 300 Teledyne Flir R70 Skyranger pilotsuz təyyarəsi tədarük etməyi xahiş etmişdi.

Bu pilotsuz təyyarələr kimyəvi silahları aşkar edə, düşmən telefonlarının harada olduğunu müəyyən edə və hətta insanları tanıya bilər.

Nəşr yazır ki, bu dronların göndərilməsi Kanadaya təxminən 150 milyon dollara başa gələcək.

Fərahim Rəhimov