Karantin qaydalarının pozulmasına görə cərimələr artırıldı – RƏSMİbackend
İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.
“Yeni Gündəm” xəbər verir ki, Məcəllənin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) yeni redaksiyada verilib.
Yeni dəyişikliyə görə, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.
Digər bir dəyişikliklə isə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək.
Məcəlləyə dəyişiklik layihəsi parlamentin plenar iclasında müzakirəyə çıxarılaraq təsdiq olunub.