Karantin rejimi ilə bağlı qərar verildibackend

Almaniya kansleri Angela Merkel və federal əyalətlərin rəhbərləri karantin rejiminin 18 aprelə qədər uzadılması barədə razılığa gəliblər.

“Yeni Gündəm”-in məlumatına görə, kansler koronavirus mutasiyalarının ciddi təhlükə olaraq qaldığını bildirib: “Daha çox yoluxucu olan “Britaniya” ştammı əslində yeni bir virusdur”.

Hazırda Almaniyada karantin qışdakı kimi sərt deyil. Məktəblər, uşaq bağçaları, bərbərxana, gözəllik salonları, çiçək və kitab mağazaları açıqdır.