Karantin rejimi ilə bağlı ŞAD XƏBƏR – Yaxın zamanda…backend

“İnsanlar karantin qaydalarına ciddi şəkildə əməl edərsə, yumşaldılma daha da genişlənər və biz yavaş-yavaş əvvəlki həyatımıza qayıdarıq”.

“Yeni Gündəm” bildirir ki, bu sözləri Redaktor.az-a baş infeksionist Cəlal İsayev karantin rejiminin yumşaldılmsı ilə bağlı danışarkən deyib. O, yumşaldılmanın hissə-hissə tətbiq ediləcəyini bildirib:

“İstər yumşaldılma, istərsə də sərtləşmə ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Qərargah ölkədəki vəziyyəti analiz edir, yoluxma dinamikasını diqqətə alır və buna uyğun da qərar verir. Hazırda ölkəmizdə yoluxma və ölüm sayı xeyli azlıb, bu, çox sevindirici bir haldır. Bu baxımdan düşünürəm ki, qarşıdakı günlərdə yumşaldılma daha da genişlənəcək. Birdən birə də tam şəkildə yumşaldılmaya da getmək doğru olmaz, bunun ciddi fəsadları ola bilər. Hazırda Operativ Qərargahın qərarlarını doğru hesab edirəm və düşünürəm ki, zamanla daha uğurlu nəticələr əldə edəcəyik”.