Karantin rejimini pozan 4 nəfər həbs edildibackend

Dünən karantin rejimini pozan 4 nəfər həbs edilib.

Daxili İşlər Nazirliyindən “Yeni Gündəm”-ə verilən məlumata görə, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar tərəfindən sərtləşdirilmiş karantin rejimi qaydalarının və tələblərinin pozulması halları müşahidə olunur.

Belə ki, 2021-ci il yanvarın 7-də nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2450 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 3186 nəfər barəsində inzibati tənbeh, eləcə də 4 nəfər barəsində inzibati həbs tədbiri tətbiq olunub.

Eyni zamanda ev şəraitində müalicə təyin edilən 7 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunub saxlanılaraq evə qaytarılıblar. 6 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.