İspaniya koronavirusun yayılması üzrə Avropada İtaliyadan sonra ikinci, bütün dünyada isə dördüncüdür. Ölkədə 9 mindən çox koronavirus xəstəsi var, yoluxmalardan, demək olar, yarısı paytaxt Madriddə qeydə alınıb.
Martın 14-dən İspaniyada 15 günlük karantin rejimi tətbiq edilib, hansı ki, ehtiyac olduğu halda uzadıla bilər. Ölkədə xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə bütün təhsil müəssisələri, muzeylər və teatrlar, idman və mədəniyyət mərkəzləri, bar və restoranlar bağlanıb. Küçəyə yalnız ərzaq, dərman və zəruri ehtiyac vasitələri almaq üçün çıxmaq olar. Polis əməkdaşları karantin tədbirlərinə əməl edib-edilməməsinə nəzarət edirlər.
“Yeni Gündəm” “Reuters”ə istinadən İspaniyada lentə alınan fotoları təqdim edir: