Karantin uzadılacaq, İyulun 1-dən…- RƏSMİ AÇIQLAMAbackend
“Azərbaycanda koronavirusla bağlı indiki durum davam edərsə, yoluxanların sayı sağalanların sayından çox olarsa, karantin rejiminin müddəti artırıla bilər”.
 
“Yeni Gündəm” Medicina.az-a istinadən xəbər verir ki, bunu Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
“İnsanlardan xahiş edirik ki, koronavirusa yoluxmalarını gizlətməsinlər. Hazırda vəziyyət nəzarət altındadır. Lakin qaydalara əməl olunmasa, vəziyyət nəzarətdən çıxa bilər. Bu isə arzuolunan hal deyil”