Karpis Paşoyandan şok açıqlama:”İrəvanda Azərbaycan şüarı səslənir”backend

Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan mətbuat xidmətinin keçmiş rəhbəri, tanınmış erməni şərhçi Karpis Paşoyan şok açıqlama ilə çıxış edib.

“Yeni Gündəm” xəbər verir ki, Karpis Paşoyan sosial şəbəkə hesabından İrəvanda baş verən hadisələri belə dəyərləndirib:”İrəvanda Azərbaycana sevgi şüarı səsləndirilir. Bəzi məmurlar Paşinyana nifrətlərini Azərbaycana sevgiləri ilə izah etməkdən çəkinmirlər. Bu təhlükəli tendesiyadır. Azərbaycanı sevənlərin sayı durmadan İrəvanda artır. Artıq erməni cəmiyyəti Qarabağdan əl çəkməyi hökümətdən tələb edir. Bunun nə ilə nəticələnəcəyi dəhşətlidir. Hamı Azərbaycan ordusundan qorxur. Bu xofu erməni xalqının ağlından çıxarmasaq fəsadları dəhşətli olacaq.”