Kasparov uğursuzluğa görə üzr istədibackend

“Bağışlayın ki, məni “Croatia Rapid Blitz”də belə güclü dəstəkləyən azarkeşlərin ümidlərini doğrulda bilmədim”.

Bunu Rusiya şahmatçısı Harri Kasparov deyib.

Bakı şahmat məktəbinin yetirməsi olan 13-cü dünya çempionu “Croatia Rapid Blitz” turnirindəki uğursuzluq üzündən üzr istəyib. Kasparov Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarova iki dəfə uduzduğu turnirdəki fiaskosuna münasibət bildirib və qalibləri təbrik edib: “Amma zaman məğlubedilməzdir. Kaissa isə qısqanc sahibə kimi oyuna mənim tək biganə qalan istənilən şəxsi cəzalandıra bilər. Maksim Vaşye-Laqrav, Vişvinatan Anandı əla nəticə münasibətilə təbrik edirəm. Əlbəttə, İvan Şariçi də həmçinin”.

Kasparov uğursuzluğunu uzun müddətdir bu idman növünə həvəskarcasına yanaşması ilə izah edib: “Hər şey çox sadədir: onlar peşəkarlardır, mən həvəskaram. Turnirdən bir neçə gün əvvəl Petr Svidlerlə hazırlıq keçdim ki, müasir nəzəriyyəyə uyğunlaşım. Fişer şahmatında mənə az-çox daha rahatdır. Orada bir az beyni sonsuz sayda debüt variantları ilə yükləmirsən. Deməliyəm ki, hazırlıq məni şoka saldı. Mən turnirin bəzi iştirakçılarının hələ dünyaya gəlmədiyi vaxt analiz etdiyim debütlərə baxdım. İndi cəmi bir dəqiqə kifayətdir ki, mənim 1993-cü ildə Naycel Şortla dünya çempionluğu üçün qarşılaşmaya hazırlığımın heç nə olduğunu göstərsin.

Bu məni həqiqətən də şoka saldı. Bəli, ola bilsin ki, daha yaxşı hazırlaşa bilərdim. Amma məsələ bunda deyil. Çünki bir həyatdan digərinə asanlıqla keçmək mümkünsüzdür. Təsəvvür edin ki, siz kibertəhlükəsizlikdən mühazirələr oxuyur, müsahibələr verir, dissidentlərə dəstək üçün ismarışlar yazır və buna bənzər işlər görürsünüz. Sonra isə dünyanın ən yaxşı şahmatçıları ilə oynamalı olursunuz ki, onlar üçün bu bir işdir, başqa şey deyil”.