Kastamonu Devrekani rayonunda ayı hücumu nəticəsində ağır yaralanan şəxs xəstəxanada müalicə olunub.
Rayonun Yazıbelen kəndində heyvan otaran Əli Osman Celiloğluna ayı hücum edib. Bu vaxt itlərin hürən səslərini eşidən ətrafdakı vətəndaşlar hadisə yerinə gələrkən Celiloğlunu yaralı halda tapıblar.
Təcili yardımla Devrekani Dövlət Xəstəxanasına aparılan Celiloğlu ilk müdaxilənin ardından Kastamonu Təhsil və Araşdırma Xəstəxanasına köçürülüb.
Həyati təhlükəsi olduğu öyrənilən Celiloğlunun müalicəsi reanimasiyada davam edir.