Kaxa Okriaşvili: “Gürcü Arzusu” fəalı Zura Okmelaşvili öz partiyasının üç fəalını odlu silahla yaralayıb.”backend

21 oktyabrda Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Dmanisidə, “Gürcü Arzusu” Partiyasının Dmanisi qərargahının yaxınlığında baş verən hadisələrə, Bolnisi-Dmanisi-Netriçakro və Çalka seçki dairəsindən “Güc Birlikdədir-Birləşmiş Müxalifət” siyasi blokunun majoritar namizədi Kaxa Okriaşvili münasibət bildirib. Dünən Dmanisi şəhəri ərazisində, axşam saatlarında alkoqollu içki qəbul etmiş olan “Gürcü Arzusu”nun fəalı Zura Okmelaşvili öz partiyasının üç fəalını odlu silahla yaralayıb. Eyni zamanda, Okmelaşvili cəmi bir neçə gün əvvəl mənim fəallarıma və tərəfdarlarıma hücum edən dəstənin başçısıdır.
İctimayyətə və rəqibim “Gürcü Arzusu”nun majoritar namizədi Qoqi Meşvelianiyə xatırlatmaq istərdim – biz bir aydan çoxdur ki, Okmelaşvilinin məhkəməyə verilməsini tələb edirik. Bu məslədə hüquq-mühafizə orqanlarının vaxtında reaksiyası və cavabı olsaydı, Dmanisdə 21 oktyabr hadisəsi baş verməzdi!
Qoqi Meşveliani, Okmelaşvilini ümumiyyətlə tanımadığı deyir və axşam baş verən hücumun “Vahid Milli Hərəkat”ın və şəxsən mənim hazırladığımı deyir. Bu yalan ittihama da cavab verirəm: – Okmelaşvili Meşvelianinin seçkiöncəsi kampaniyasında fəal iştirak edir, bunu iki həftə əvvəl birlikdə çəkdirdikləri və Qoqi Meşvelianinin şəxsi sosial şəbəkəsində yayımladığı şəkillər təsdiqləyir. İkincisi – 2012-ci ilə qədər cənab Meşveliani, “Vahid Milli Hərəkatın” fəal üzvü və dəstəkçisi olaraq əvvəlcə Qaçqınlar və Yerləşdirmə Nazirliyində çalışmış və 2012-ci il Parlament seçkilərində Vahid Milli Hərəkatın majoritar namizədi olan Koba Nakopiyanın seçki qərargahına birbaşa rəhbərlik etmişdir.